məni sağlığımda yoxla bəsimdir – dertli sözlük
aydın babanın harikulade şiiri. youtube'da dinlemek lazım.

demirəm dağlardan mənə qar gətir,
meyvəsiz bağlardan mənə bar gətir,
divardan əl boyda daş qopar gətir,
məni sağlığımda yoxla bəsimdir.

məni ağ kəfənə bükməyə nə var,
torpağı üstümə tökməyə nə var,
bazardan gül alıb əkməyə nə var,
məni sağlığımda yoxla bəsimdir.

sinəmi oxlayıb dağlama mənim,
yolumu izimi bağlama mənim,
yeddimi qırxımı saxlama mənim,
məni sağlığımda yoxla bəsimdir.

cırma üz gözünü tökmə gözyaşı,
yığma dost-tanışı qohum-qardaşı,
neynirəm süfrədə yağlı bozbaşı,
məni sağlığımda yoxla bəsimdir.

mən yazıq aydın'ı gətirmə dilə,
beş günlük dünyadır yaxşılıq eylə,
öləndə düşmən də ağlayır lələ,
məni sağlığımda yoxla bəsimdir.