seni sevmek için geldim dünyaya – dertli sözlük
güzel bir zəlimxan yaqub şiiri.

çöldə çiçək oldum, çəməndə naxış,
şimşəkdə od oldum, buludda yağış.
sirli bir göz gördüm, nurlu bir baxış,
çevrildim çeşməyə, qarışdım çaya,
səni sevmək üçün gəldim dünyaya.

mən min il əvvəl də gələ bilərdim,
min ildən sonra da ölə bilərdim.
zamanı başqa cür hesablayardım,
vaxtı başqa cürə bölə bilərdim.
düşüb sən doğulan həftəyə, aya,
səni sevmək üçün geldim dünyaya.

səsini eşitdim, səsdən səs aldım,
şaqraq gülüşündən güc, həvəs aldım.
sən nəfəsim oldun, mən nəfəs aldım,
muştuluq verdilər günəşə, aya,
səni sevmək üçün gəldim dünyaya.

neçə dinsizləri dinə gətirdim,
qorudum sünbülü dənə gətirdim,
könlümdə nə varsa, sənə gətirdim.
mənim yollarımı kəsə bilmədi
nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
səni sevmək üçün gəldim dünyaya.

məcnun da, kərəm də, fərhad da mənəm,
şirinə, leyliyə qanad da mənəm,
ölüm də, sevgi də, həyat da mənəm
şükür yaradanın verdiyi paya,
səni sevmək üçün gəldim dünyaya.