sən sana gər yar isən var ey könül, yar istəmə!
yarü dildar ol sana, sən yarü dildar istəmə!
bivəfadar çün bu aləm, kimdən istərsən vəfa?
bivəfa aləmdə sən yari-vəfadar istəmə!
gül bulunmaz bu dikənli dünyanın bağında çün,
əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə!
mə'rifətdir xalis altun, sikkəsi fəzlü hünər,
altunu tanı, zəğəldən ari dinar istəmə!
şərbəti ağuludur fanı cahanın, sən anın
şərbətindən nüşdaru umma, zinhar, istəmə!
ari göftar, ey könül, gerçəklərin nitqidürür,
hər diliəgridə yoxdur ari göftar, istəmə!
dünyanın sevgisi ağır yük imiş, məndən eşit,
nəfsini yük etmə ana, ey səbükbar, istəmə!
bir əmin məhrəm bulunmaz, ey nəsimi, çün bu gün,
xəlqə faş etmə bu rəmzi, kəşfi-əsrar istəmə!