olaydı redifli gazeller – dertli sözlük
serraf'ın da çok sevdiğim bir gazeli vardır:

nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,
deyib danışmağa cananilən fərağət olaydı.

bərabərimdə nigarım yanaydı şəm kimi,
mən ahi-sərd çəkəydim, o gərmi-söhbət olaydı.

gəhi duraydı qabağımda sərv qamətilən,
gözüm görə-göra bin nəşədə qiyamət olaydı.

deyib, gülüb, oturaydıq kəmali işrətilən,
bəsani-ayinə, dil xali əz küdurət olaydı.

o qədr söhbət edəydik olaydı nisfülleyl,
yataydı yar dizim üstə, başı rahət olaydı.

kənarə can tək alaydıra o tifli-məsumu,
bu şərtilən aramızda hicabi-ismət olaydı.

təhəmmül etməyə bari-girani-möhnətə, kaş,
özümdə səbrü təhəmmül, dizimdə taqət olaydı,

günüzlü yaridə ya olmayaydı işvəvü naz,
bu nazı çəkməyə ya inki, məndə halət olaydı.

şərari-şəmilə gördüm yanaldı pərvanə,
dedim: bu şivə, nolur əhli-eşqə adət olaydı.

yetibdi təngə dəxi təngnayi-aləmdən,
əcəl gələydi, bu sərraf öləydi, rahət olaydı.